Sierra Leonedə böyük partlayış baş verib

Sierra Leonedə böyük partlayış baş verib

Sierra Leonenin paytaxtı Fritaunda yanacaq daşıyan tankerin partlaması nəticəsində onlarla insanın həlak olduğu bildirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Fritaun meri Yvone Aki Savyer verdiyi açıqlamada Vellinqtonda yanacaq daşıyan tankerin başqa bir avtomobillə toqquşması nəticəsində partlayışın baş verdiyini bildirib. Qəza görüntülərinin ürəkağrıdıcı olduğunu bildirən Aki Savyer, partlayış nəticəsində 100-dən çox insanın öldüyünə dair şayiələr olduğunu, lakin, dəqiq sayının hələ müəyyən edilmədiyini bildirib. Prezident Yulis Maada Bio həyatını itirənlərə başsağlığı mesajı göndərərək, hökumətin ölənlərin ailələrinə hər cür dəstəyi verəcəyini qeyd edib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə