Fransanın Kale şəhərində elektrik qatar bir qrup miqrantı vurub.
SIA xəbər verir ki, bu barədə O-de-Frans regionu Şurasının nəqliyyat infrastrukturunun inkişafı üzrə vitse-prezidenti Frank Deren "Twitter"də yazıb.
F.Deren bildirib ki, hadisə yerli vaxtla saat 18:30-da dəmir yolunun “Bo Mare” kvartalından keçən hissəsində baş verib: “Hadisə nəticəsində bir nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılardan birinin vəziyyəti ağırdır”.
Vitse-prezident miqrantların Eritreyadan olduğunu yazıb: “Miqrantlar yağışda dəmir yolu üzərində gəzərkən əlverişsiz hava şəraiti səbəbindən görmə məhdudiyyəti yaranıb və yaxınlaşan qatarı görməyiblər. Qatarda 17 sərnişin olub. Hadisə ilə bağlı Dunkerk və Kale arasında qatarların hərəkəti dayandırılıb. Qatarların hərəkət qrafikinin bərpası cümə günü səhər gözlənilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB