Gürcüstan-Azərbaycan sərhədində zəlzələ olub

Gürcüstan-Azərbaycan sərhədində zəlzələ olub

Gürcüstan-Azərbaycan dövlət sərhədində 3,9 bal gücündə zəlzələ baş verib.

SIA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 02:56-da baş verən zəlzələnin episentri sərhədin iki kilometr dərinliyində, Azərbaycan ərazisində (Ağstafa rayonunda) qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə