Cənubi Sudanın paytaxtında yük təyyarəsinin qəzaya uğraması nəticəsində ikisi rus olmaqla 5 nəfər həlak olub. SİA xəbər verir ki, bu barədə AR agentliyi hava limanının direktoru Kur Kuolun informasiyasına istinadən məlumat yayıb.
“Pilot və ekipaj üzvləri də daxil olmaqla 5 nəfər həlak olub”, deyə hava limanının direktoru Kur Kuol agentliyə bildirib.
Ruslardan başqa, Cənubi Sudanın 3 vətəndaşı da fəlakətin qurbanı olub.
Qeyd edək ki, bir qədər əvvəl təyyarənin qəzaya uğraması barədə yerli radiostansiya “Radio Tamazuj” da məlumat yayıb.
Agentliyin məlumatına görə, “Optimum Aviation” şirkətinə məxsus An-26 təyyarəsi Cənubi Sudanın paytaxtı Cubanın beynəlxalq hava limanından havaya qalxdıqdan az sonra qəzaya uğrayıb. O, ölkənin şimalındakı Yuxarı Nil əyalətindəki Maban ərazisinə doğru istiqamətlənibmiş və yanacaq da daxil olmaqla yük daşıyırmış. Qəzanın səbəbi açıqlanmır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB