Bakıda mənzildən kişi meyiti tapılıb

Bakıda mənzildən kişi meyiti tapılıb

Bakı şəhərinin Nizami rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1939-cu il təvəllüdlü Quliyev Yahuzər Zakir oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə