Abşeronda yeniyetmə qızı avtomobil vurub

Abşeronda yeniyetmə qızı avtomobil vurub

Müşviqabad qəsəbəsində avtomobil qəzası zamanı 16 yaşlı qızı avtomobil vurub.

SIA xəbər verir ki, 2006-ci ildə anadan olmuş Balakişiyeva Sevinc Xəqani qızı yolu keçərkən onu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə