Türkiyədə rus turistləri daşıyan avtobus aşıb

Türkiyədə rus turistləri daşıyan avtobus aşıb

Tüfkiyənin Antalya şəhərində rus turistləri daşıyan avtobus qəza törədib. SİA bu barədə rus mətbuatına istinad edir.

Şəhərdəki Rusiya Baş konsulluğundan yayılan məlumata görə, sürücü idarəetməni itirərək qarşı yola çıxıb.

Avtobusun aşması nəticəsində 12 sərnişindən 9-u yaralanıb. Onların xəstəxanaya çatdırıldığı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə