Nümaişin sonu fəlakətlə nəticələnib

Nümaişin sonu fəlakətlə nəticələnib

İspaniyada ənənəvi hal alan və bütün dünyaya tanınan öküz nümaişi zamanı dəhşətli hadisə baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ölkənin şərq sahilindəki Kastellon yaxınlığında keçirilən nümayiş zamanı öküz kütlənin içinə daxil olub. Hamı qaçarkən, adı açıqlanmayan 55 yaşlı kişi qaça bilməyib. Həmin şəxsi ölümə aparan səbəblərdən biri də onun geyindiyi qırmızı köynək olub. Qırmızı rəngi hədəf seçən öküz yaşlı kişinin üstünə yeriyərək ona təpik atıb. Nəticədə arteriya damarının kəsilməsi səbəbi ilə kişi yerindəcə həyatını itirib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə