Ağdaşda avtomobil qəzası olub

Bakı-Qazax avtomobil yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın məlumatına görə, hadisə magistral yolun Ağdaş rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Qadın sürücünün idarə etdiyi minik avtomobili maneəyə çırpılıb. Nəticədə sürücü və iki övladı xəsarət alıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə