Yolda "pivə gölü" yaranıb

Belçikada pivə daşıyan avtomobilin aşması nəticəsində tıxac yaranıb.

Rus mətbuatında yer alan məlumata görə, Lyej şəhərinə gedən yük avtomobili aşıb. Hadisə nəticəsində onlarla çəllək pivə yola dağılıb. Magistral yolda uzun tıxac yaranıb. Ərazini təmizləmək üçün bir neçə yanğınsöndürən avtomobil cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə