Qanunsuz fəaliyyət göstərən ət satışı məntəqələri aşkar olunub

Qanunsuz fəaliyyət göstərən ət satışı məntəqələri aşkar olunub

Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirləri davam etdirir. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, Qazax rayonunun Ə.Şıxlinski küçəsində qanunsuz heyvan kəsimi və ət satışı yerlərində reydlər keçirilib.

Reydlər zamanı heyvan kəsimi və ət satışının antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi məntəqələr aşkarlanıb. Aşkar olunan faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülüb, müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə