Ağdamda çürümüş iki meyit aşkarlandı - RƏSMİ

Ağdamda çürümüş iki meyit aşkarlandı  - RƏSMİ

Ağdam rayonunda qazıntı aparılarkən iki nəfərin meyiti aşkarlanıb. Bu barədə SİA-ya Baş Prokurorluqdan məlumat verilib.

Məlumatda bildirilir ki, Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində “Körpü-Bina Tikinti” MMC tərəfindən qazıntı işləri aparılarkən iki şəxsə məxsus sümüklər aşkar edilib.

Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə