Astara sakinindən qanunsuz saxladığı ov tüfəngi götürülüb

Astara şəhər sakinindən qanunsuz saxladığı ov tüfəngi və 4 ədəd patron götürülüb. SİA xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini N.Əliyevdən qanunsuz saxladığı “TOZ” markalı ov tüfəngi və 4 ədəd patron götürülüb.

Faktla bağlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə