Bakıda baş vermiş ağır qəzadan ürək ağrıdan görüntülər Fotolar

Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun baş verib. Ağır yol-nəqliyyat hadisəsi zamanı 5 nəfərin öldüyü, 20 nəfərin isə yaralandığı bildirilir.

SİA xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərlinin mətbuata verdiyi açıqlamasında hadisə yerinə 10 təcili tibbi yardım maşınının cəlb olunduğu bildirilir.

"Hazırda 13 nəfərin vəziyyəti ağırdır. Hüquq mühafiz orqanı əməkdaşları hadisə yerinə cəlb edilib və yol qəzası ilə bağlı araşdırma aparılır. İlkin məlumatlara görə, yük avtomobilinin sürücüsü sükan arxasında yuxulu olub avtobusuna çırpılıb", deyə o bildirib.

Yolda hazırda sıxlıq müşahifə olunur: " Yol Polisin əməkdaşları ərazidə nizamlayıcı qismində çıxış edərək, avtomobillərin hərəkətini tənzimləyirlər".

Eyni zamanda bildirilib ki, aeroport yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Araz Əsgərlinin sözlərinə görə, qəza ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydaları pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb: "Hazırda hüquq-mühafizə orqanın əməkdaşları da hadisə yerindədir. Müvafiq ekspertizalar təyin olunacaq".

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə