ABŞ-ın Kaliforniya ştatında yüngül mühərrikli təyyarənin yaşayış evlərinin üstünə düşməsi nəticəsində azı iki nəfər həlak olub.
Qeyd edilir ki, hadisə Santi şəhərciyində baş verib. Xilasedicilər hələ qəza zamanı təyyarədə neçə nəfərin olduğunu bilmirlər. Lakin qeyd edirlər ki, belə şəraitdə sağ qalmaq mümkün deyil.
Təyyarə iki kiçik evin üstünə düşüb və güclü yanğına səbəb olub. Hakimiyyət orqanları ev sahiblərinin mənzillərini tərk etməyə vaxt tapmalarını müəyyənləşdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB