Biləsuvarda “HOWO” markalı yük avtomobili yanıb

Biləsuvarda “HOWO” markalı yük avtomobili yanıb

Biləsuvar rayonu ərazisində “HOWO” markalı yük avtomobilinin qoşqusunun 2 ədəd təkəri, banına çəkilən örtüyün bir hissəsi və banına yığılan 360 ədəd sobanın 60 ədədi yanıb.

Fövqəladə Hallar NAzirliyindən SIA-ya verilən məlumata görə, qoşqunun qalan hissəsi və yük avtomobili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə