Tovuzda yol qəzası baş verib, xəsarət alanlar var

Tovuzda yol qəzası baş verib, xəsarət alanlar var

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Ford Tranzit”lə digər avtomobil toqquşub.

Qəza zamanı 2 nəfər - 1968-ci il təvəllüdlü Səriyə Musayeva və 1977-ci il təvəllüdlü Elşən Cəfərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib, yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır

Bütün xəbərlər Facebook səhifəmizdə