Ağdaşda avtomobil azyaşlını vurub öldürüb

Ağdaşda avtomobil azyaşlını vurub öldürüb

Ağdaş rayonda azyaşlının vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Verilən məlumata görə, hadisə rayonun Yuxarı Nemətabad kəndində baş verib.

“VAZ-2106” markalı avtomobil ikinci sinif şagirdi, 2012-ci il təvəllüdlü Yusif Mehman oğlu Əbilovu vuraraq ona ağır xəsarət yetirib.

Azyaşlı doğmaları tərəfindən bölgənin iki müxtəlif xəstəxanasına çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə