25 yaşlı məşhur reper avtomobil qəzası keçirib - EKSKLUZİV

25 yaşlı məşhur reper avtomobil qəzası keçirib - EKSKLUZİV

Şəmkirdə ağır yol qəzası baş verib. 2 yaralı olduğu bildirilib. SİA xəbər verir ki, yaralılardan biri məşhur reper Apollon ləqəbi ilə tanınan 25 yaşlı musiqiçi Elnur Bayramovdur. Elnur bayramov "Vaz 2106" markalı avtomobili ilə idarə etməsini itirib "chevrolet cruze" markalı avtomobillə toqquşub. Hadisə 8 oktyabr axşam saatlarında Şəmkir rayonunda baş verib, yaralılar ağır vəziyyətdə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Daxil olan məlumata əsasən, Reperin vəziyyətinin ağır olduğu bildirilmişdi. Bu gün günorta saatlarında reperin halının daha da pisləşdiyi xəbəri gəlib. Faktla bağlı araşdırma aparılır.

Apollon kimdir?

20 iyul 1996-cı ildə Şəmkirdə dünyaya gəlib. RePlay'ın keçmiş üzvü olub "Qadanalaram" mahnısı ilə tanınmışdı.

Aytac Əliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə