Alkoqoldan kütləvi zəhərlənmə hadisəsi olub ÖLƏNLƏRİN SAYI 26-YA ÇATIB
Rusiyanın Orenburq bölgəsində spirt zəhərlənməsindən ölənlərin sayı 26-ya çatıb. SİA xəbər verir ki, bu barədə Orenburq vilayətinin səlahiyyətliləri məlumat yayıblar.
Məlumatda qeyd olunur ki, Orenburq bölgəsində kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb, ölən və yaralananların bioloji materiallarında təmiz metanol izləri aşkar edilib. Bildirilir ki, bəzi hallarda onun konsentrasiyası insan orqanizmi üçün ölümcül dozadan bir neçə dəfə artıq olub.
Həmçinin qeyd olunur ki, zəhərlənmənin qurbanlarının hamısı Şərqi Orenburq bölgəsinin sakinləridir. Onlar saxta spirit Orskda alıblar.
Bu ərəfədə alkoqollu içkilərin qanunsuz istehsalı və satışında şübhəli bilinən 6 nəfər saxlanılıb. Faciə faktı ilə bağlı cinayət işləri başlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB