Orenburqda saxta araqlar rusların "axırına çıxır"...

Orenburqda saxta araqlar rusların "axırına çıxır"...

Rusiyada saxta alkoqollu içkilərdən zəhərlənərək həyatını itirənlərin sayı 11 nəfərə çatıb. SİA bu barədə rus mediasına istinadən xəbər verir.

Hadisə Orenburq vilayətində qeydə alınıb.

Spirtli içkidən zəhərlənərək xəstəxanaya yerləşdirilən dörd nəfərin vəziyyəti isə ağırdır.

Vilayət qubernatoru Denis Paslerin mətbuat xidməti bildirib ki, surroqat spirtdən (Odekolon – Red) hazırlanan içki fərqli qablarda və fərqli yerlərdə satılıb. Vətəndaşlara aksiz markası olmayan spirtli içkiləri almamaq tövsiyyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com