Tovuz məktəbində faciə - VİDEO

Tovuzda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan “VAZ 21099” markalı minik maşını 2012-ci il təvəllüdlü Abılbəyli kənd sakini Sadıqov Rövşən Natiq oğlunu məktəbin qarşısında yolu keçərkən vurub. Məktəbli xəstəxanaya yerləşdirilib. Müayinə zamanı onun hər iki ayağının sındığı məlum olub. Hazırda yaralının vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə