ABŞ-da iki şagird bıçaqlanıb

ABŞ-ın Merilend ştatında yerləşən Annapolis Liseyinin iki şagirdi bıçaqlanıb.

SİA xəbər verir ki, bu barədə yerli “CBS” telekanalı məlumat yayıb.

Hadisə ilə bağlı polis 7 nəfəri şübhəli şəxs qismində saxlayıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, onların həyatı üçün təhlükə yoxdur.

Polis hadisənin araşdırılması zamanı yeni həbslərin olacağını istisna etməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə