Ağstafa sakini bağda ölmüş halda aşkar edilib

Ağstafada həyətyanə bağda meyit aşkar olunub.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Poylu kəndinə qeydə alınıb.

1984-cü il təvəllüdlü Hüseynov Elvin Məlik oğlunun meyiti yaxınları tərəfindən bağda aşkar edilib. İlkin müayinə zamanı onun ürəktutmasından dünyasını dəyiş diyi məlum olub.

37 yaşlı kişinin meyiti məhkəmə-tibb ekspertizasına təqdim edilib. Ölümün baş verməsinin dəqiq səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə