Yol kənarında avtomobili təmir edənləri maşın vurub

Gəncədə piyadanın vurulması ilə nəticələn ağır yol qəzası baş verib.

SIA APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nizami məqbərəsinin yanında qeydə alınıb.

Hərəkətdə olan minik maşını yolun kənarında olan iki nəfəri - 1982-ci il təvəllüdlü Usubov Elxan Səfər oğlunu və Azər adlı şəxsi vurub. Hər iki piyada xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.

İlkin məlumata görə, vurulan piyadalar avtomobilərinin nasaz olması səbəbindən yol kənarında maşını təmir edirmiş.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə