Polis terrorçunu necə dayandırdığını danışdı: Onu xilas etməyə çalışdım…

Polis terrorçunu necə dayandırdığını danışdı: Onu xilas etməyə çalışdım…

Perm terrorçusunu dayandıran polisləri nazir və prezident mükafatlandıracaq

Rusiya daxili işlər naziri Vladimir Kolokoltsev Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyinin silahlı cinayətkarın həbsində fərqlənən Perm şəhəri yol polisi işçilərinə dövlət mükafatlarının verilməsi haqqında təqdimatı Rusiya Federasiyası Prezidentinə təqdim etmək qərarına gəlib,- SİA xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib.

İ.Volk deyib ki, hadisə yerinə ilk gələnlər polis polkovnik -leytenantı Vladimir Makarovun başçılıq etdiyi yol polisi alayının ekipajı olub. Polkovnik-leytenant vətəndaşların təxliyəsini təşkil etmək üçün tədbirlər görüb, kiçik polis leytenantı Konstantin Kalinin isə universitet binasına doğru irəliləyib. Orada əlində silahı olan, özünə doğru hərəkət edən bir gənci görüb. Polis silahı atmağı tələb edib, lakin təcavüzkar ona tərəf atəş açıb.

Konstantin Kalinin Perm şəhərindəki universitetdə atış açaraq insanları qətlə yetirən terrorçunu necə dayandırdığını danışıb:

- İdarədə idim, o anda protokol doldururduq. Sonra bir şahid qaçaraq gəldi və dedi ki, atışma gedir. Yoldaşımla məlumatı yoxlamaq üçün getdik. Universitetdən qaçan insanları gördük və güllə səsləri eşitdik. Bir əməkdaşımız insanların təxliyəsini təşkil etdi, mən isə əsas girişə qaçdım. Haradan atəş açdıqlarını soruşdum. Mənə 2-ci mərtəbədə olduğunu söylədilər. Oraya qaçdım və silahlı bir gəncin pilləkənlərdən aşağı endiyini gördüm. Ona qışqırdım: "Silahınızı atın!" O isə silahını mənə tərəf tuşladı və güllə atdı. Silahımdan istifadə etdim. Gənc yıxıldı, silahı kənara çəkərək hərəkətlərini qeyd etdim. Bundan sonra ona ilk tibbi yardım göstərməyə başladıq”.

Daxili İşlər Nazirliyi Konstantin Kalinin və Vladimir Makarovun ekstremal bir vəziyyətdə qətiyyətli, bacarıqlı və ahəngdar bir şəkildə hərəkət etdiyini vurğulayıb.

Ölüm təhlükəsi ilə üzləşən polis əməkdaşı özünü itirməyib və təcavüzkarı zərərsizləşdirib. Bu, daha ciddi nəticələrin qarşısını almağa və yeni qurbanların qarşısını almağa imkan verdi, - Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib.

Ekspertlər polisin təhsil müəssisəsi olduğunu və gülələrin rikaşet (çovuşma) riskinin olduğunu nəzərə alaraq əlavə atəş açmadığını qeyd ediblər. Bundan başqa, o cinayətkarın başına atəş açmayıb, baxmayaraq ki, buna haqqı var idi, çünki qarşısında silahlı bir qatil var idi. Cinayətkarın ayaqlarına atəş açaraq zərərsizləşdirib, daha sonra isə istintaq və məhkəmə üçün sona qədər onu xilas etməyə çalışıb.

Xatırladaq ki, sentyabrın 20-də Perm şəhərində 18 yaşlı yerli sakin Perm Dövlət Milli Araşdırma Universitetinin ərazisində atəş açıb. Nəticədə 6 nəfər ölüb, 24 nəfər yaralanıb. Terrorçunun özü xəstəxanada qalır- əməliyyat olunub. Hadisə ilə bağlı "İki və ya daha çox adam öldürmə" maddəsi ilə cinayət işi başlanıb. 21 sentyabr günü Permdə Matəm Günü elan edilib.

Elçin

Videosüjetə buradan baxa bilərsiniz

Bütün xəbərlər Facebook səhifəmizdə