68 halda qəza-xilasetmə əməliyyatları həyata keçirilib - FHN

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 68 halda yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma, 1 intihara cəhd və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. FHN-in Mətbuat xidmətindən SİA-ya bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində dörd nəfər, o cümlədən Bakı şəhərinin Sabunçu rayonunda intihara cəhd edən bir nəfər, Qaradağ rayonunun Ələt qəsəbəsində “Shacman” markalı yük avtomobilinin yol kənarındakı dirəyə çırpılması faktı üzrə deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan bir nəfər xilas olunub.
Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə