Naməlum şəxslər oteldən 20 nəfəri qaçırıblar

Naməlum şəxslər Meksikanın Mateuala rayonunda (San-Luis-Potosi ştatı) yerləşən oteldən 20 nəfəri qaçırıblar.

SİA bu barədə ştatın prokuroru Federiko Erreranın Trend-də yer alan məlumata istinad edir.

Açıqlamada bildirilir ki, qaçırılan şəxslər xarici ölkələrin vətəndaşları olub: "Mən istintaqa qoşulmaları üçün oraya əməkdaşlar göndərdim və Mateualedə olanlara məlumatın təhlil edilməsi və qaçırılan əcnəbilərin yerlərinin müəyyən edilməsi üçün tapşırıq verdim".

Şahidlərin sözlərinə görə, qaçırılanlar Haiti və Venesuela vətəndaşları olub. Onları otelə 3 avtomobillə gələn naməlum şəxslər qaçırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə