ABŞ-ın De-Kalb dairəsində (Corciya ştatı)yaşayış binasında partlayış baş verib. "WSB-TV 2" telekanlınıln verdiyi məlumata görə, partlayış nəticəsində binanın bir hissəsi çöküb və bir neçə nəfər xəsarət alıb, 2 nəfər isə itkin düşüb.
Məlumata əsasən, insident yerli vaxtla təxminən saat 13:24-də (Bakı vaxtı ilə 21:24) baş verib. Hadisə yerinə gələn xilasedicilər binanın sakinlərini təxliyə ediblər.
Bildirilir ki, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Qeyd edilir ki, partlayışa səbəb qaz boru kəməri sistemindəki nasazlıq olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB