Ölənlərin sayı dördə çatıb

Ötən gün Moskva yaxınlığındakı Noginsk şəhərindəki yaşayış binalarından birində qaz sızması səbıbindən partlayış baş verib.

İlkin məlumatlara görə, binanın ikinci və üçüncü, qismən də dördüncü mərtəbəsi uçub. Xilasedicilər 170 nəfər bina sakinini təxliyə ediblər. Hazırda xilasedicilər dağıntılar altında qalanların xilas edilməsi ilə məşğuldurlar.

Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin bölgə üzrə məlumatında dağıntılar altında 19 nəfərin qaldığı ehtimal edilir. Onların 4-ü artıq ölmüş halda dağıntılar altından çıxarılıb. İkisi uşaq olmaqla 8 nəfər yaralı isə xəstəxanaya çatdırılıb.

Axtarışlar davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə