İndoneziyanın Banten əyalətinin Tanqeranq şəhərində həbsxanada yanğın olub.
Bu barədə həbsxananın nümayəndəsinə istinadən "CNN İndonesia" telekanalı xəbər verib.
Məlumata əsasən, yanğın nəticəsində azı 40 nəfər həlak olub.
Bildirilir ki, yanğında xəsarət alanlar da var, onlar xəstəxanaya yerləşdirilib.
Yanğın artıq söndürülüb. Hadisə ilə əlaqədar araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB