Toy karvanı qəzaya düşüb

Türkiyənin İzmir vilayətinin Menemen rayonunda toy iştirakçılarının getdiyi mikroavtobus qəzaya düşüb. Bu barədə türk mediası yazır.

Beləliklə şahidlərin “Haber Global”a verdikləri məlumata görə, qəzaya səbəb avtomobilin əyləc sistemindəki nasazlıqdır. Belə ki, sürücünün bütün səylərinə baxmayaraq, maşını saxlaya bilməyib. Yoldan çıxan maşın dörd mərtəbəli binaya bitişik olan bağçanın pilləkənlərindən aşaraq birinci mərtəbədəki divara çırpılıb. Nəticədə 20 nəfər yaralanıb.

Onlar lazımi yardımı aldıqları Menemen xəstəxanasına çatdırılıblar. Avtomobil isə kran vasitəsilə yola qaldırılıb.

Hazırda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə