Türk jandarması ölkənin cənub-şərqində, Şanlıurfa əyalətinin Viranşehir mahalında, Abbasilər xilafətindən qalma 528 qədim əsəri oğurlamağa cəhd edən qaçaqmalçıları ələ keçirib.
Bundan əlavə, oğurluq sənət əsərləri arasında Roma və Bizans imperiyalarının mövcud olduğu tunc dövrünə aid əsərlər də var.
“Anadolu” xəbər agentliyinin yaydığı məlumata görə, əməliyyat, Şanlıurfa Jandarma Müdirliyinin Qaçaqçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə şöbəsi əməkdaşları tərəfindən Viranşehir rayon Prokurorluğunun sanksiyası ilə həyata keçirilib, -
Beləliklə, ofislərdən birində aparılan axtarış zamanı 351 sikkə, 50 üzük, 88 fiqur, 7 halqa, 2 möhür, 2 qılınc, 2 nizə, 3 bıçaq, xəncər, 3 küpə, 2 qab, boyunbağı, 2 bilərzik və 14 ox ucu ələ keçirilib.
Hazırda saxlanılanlar var, araşdırmalar aparılır.
.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB