DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi insan alveri ilə məşğul olan Bakı şəhər sakinini həbs edib. SİA-nın verdiyi məlumata görə, Bakı şəhər sakini Sərhadova Vüsalə Ağa qızının Azərbaycan Respublikasının vətəndaşı olan qadınları ölkə xaricinə apararaq cinsi istismara məruz qoyması faktı DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ifşa edilib. Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmməovun sədrliyi ilə keçirilmiş məhkəmənin hökmünə əsasən Sərhadova Vüsalə Ağa qızı Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1-ci maddələri ilə təqsirli bilinərək 8 (səkkiz) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB