Türkiyənin Hakkari şəhərində daha bir meşə yanğını baş verib. SİA "Anadolu” agentliyinə istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün işlərə başlanılıb.
Hakkarinin Şemdinli bölgəsində başlanan yanğın külək səbəbindən geniş əraziyə yayılıb. Yanğının yaşayış binalarına keçməsinin qarşısı alınıb.
Tədbirlər davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB