Gəncədə qətl hadisəsi baş verib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Gəncənin hərbi şəhərcik adlanan ərazisində qeydə alınıb. Şəhər sakini 1963-cü il təvəllüdlü Şücaət Məmmədova eyni binada qaldığı qonşusu 1980-ci il təvəllüdlü Məhəbbət Əhmədova tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Belə ki, hadisə baş verən gün Şücaət Əhmədova binanın həyətində yun çırpırmış. Buna əsəbiləşən Məhəbbət Əhmədova qonşusu ilə mübahisə edib və onu ürək nahiyəsindən bıçaqlayıb. Hadisədən sonra qətli törətməkdə şübhəli bilinən Məhəbbət Əhmədova Gəncə şəhərindən Qazax rayonuna qaçmaq istəsə də hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB