Gəncədə tükürpərdici hadisə baş verib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, beş aylıq körpə taleyin ümidinə buraxılaraq küçəyə atılıb. Vətəndaşlar qız uşağını 18 nömrəli orta məktəbin qarşısından taparaq hüquq-mühafizə orqanı əməkdaşlarına təhvil veriblər. Polis əməkdaşları isə təcili tibbi yardım avtomobili ilə körpəni uşaq xəstəxanasına gətiriblər. Hazırda onun səhhətində ciddi problem yoxdur.
Qeyd edək ki, xəstəxanaya yerləşdirilən zaman körpənin üzərində heç bir sənəd olmayıb. Nəticə etibarı ilə körpənin şəxsiyyətini, hələlik, dəqiqləşdirmək mümkün deyil. Artıq faktla bağlı hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən araşdırma başlanılıb.
Müəllif: Mirqəmər Mənsimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB