Prokurorluq məktəb direktorunun müavininin ölümü ilə bağlı məlumat yayıb

Prokurorluq məktəb direktorunun müavininin ölümü ilə bağlı məlumat yayıb

Avqustun 29-u saat 12 radələrində Göyçay rayonu ərazisində bir nəfər şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Göyçay Rayon Prokurorluğundan SİA-ya verilən məlumata görə, rayonun Bığır kənd 3 saylı tam orta məktəbin direktor müavini Xəlil Şərifov yaşadığı evin həyətyanı sahəsini suvarmaq üçün su nasosunu işə salmaq istəyib və elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə