Ağstafada yaşlı piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
Ağstafada piyadanın ölümü ilə nəticələn ağır yol qəzası baş verib.
SİA xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 1938-ci il təvəllüdlü Cahangir Mahmudovu vurub. Yaralı sürücü tərəfindən xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, yaşlı kişi xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB