Batan şəxsi xilas edərkən 28 yaşlı idmançının özü boğulub

Batan şəxsi xilas edərkən 28 yaşlı idmançının özü boğulub

1993-cü il təvəllüdlü Abşeron rayon sakini Ağayev Orxan Adil oğlu Xəzər dənizinin Sumqayıt sahilində batan şəxsi xilas edərkən batıb.

SİA-nın məlumatına görə, 28 yaşlı gəncin idmançı olduğu bildirilir.

İdmançı batan şəxsi xilas etsə də özü boğulub.

Onun cansız bədəni sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə