Bakının "Taxta bazarı"ndakı yanğın söndürülüb - YENİLƏNİB

Bakının "Taxta bazarı"ndakı yanğın söndürülüb - YENİLƏNİB

Bakının Nərimanov rayonunda taxta bazarında baş verən yanğının qarşısı alınıb.
SİA xəbər verir ki, yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən lokallaşdırılaraq söndürülüb.

***

02:58

Bakının Nərimanov rayonunda bazarda yanğın başlayıb.

SİA xəbər verir ki, hadisə “Baksol” yolunda yerləşən taxta bazarında baş verib.

Alov əvvəlcə bazara yaxın yerləşən dəmiryol xəttindəki yük vaqonunda başlayıb. Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin 9 texnikası və canlı qüvvəsi cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində işlər aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə