DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Polis Şöbəsinə Şəmkir rayonunun Yuxarı Seyfəli kənd sakininin yaşdığı fərdi yaşayış evinə naməlum şəxslərin qeyri-qanuni yolla daxil olması, ev sahibinin əl-qolunu bağlaması, pul və qızıl-zinət əşyaları tələb etməsi barədə məlumat daxil olub. SİA xəbər verir ki, polis əməkdaşlarının apardıqları müvafiq araşdırmalar nəticəsində oğurluq hadisəsini rayon sakini Salman Mustafayevin, tanışları Nizami Əhmədzadə, Rasim Süleymanov və qardaşı oğlu Eynur Mustafayev ilə birlikdə törətdiyi məlum olub.
Bundan başqa quldurluq hadisəsini törətməkdə şübhəli bilinən Salman Mustafayev saxlanılan zaman onun yaşadığı fərdi yaşayış evindən 1 ədəd istifadəyə yararlı “TT” markalı tapança, həmin tapançaya məxsus 1 ədəd sandıqca və 9 ədəd atəşə yararlı patron aşkar edilərək götürülüb. Şübhəli şəxslər maddi sübutlar ilə birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB