Masallıda qohumlar arasındakı davada 28 yaşlı gənc bıçaqlanıb

Masallıda qohumlar arasındakı davada 28 yaşlı gənc bıçaqlanıb

Masallı rayonunda 28 yaşlı gənc bıçaqlanıb.

SİA xəbər verir ki, rayonun Şərəfə kəndində qohumlar arasında yaranmış mübahisə sonradan davaya çevrilib. Nəticədə 1993-cü il təvəllüdlü Pərviz Əzizov bıçaq xəsarəti alıb. Onu Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırmaq mümkün olub.

Hazırda hadisənin hansı səbəbdən və kim tərəfindən törədildiyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə