Gəncə şəhərində çörək bişirmə sexlərindən birində yanğın baş verib.
SİA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə Süleyman Rəhimov küçəsində qeydə alınıb.
İlkin məlumata əsasən, yanğın sexin daxilində baş verib. Hadisə yerinə 4 yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb edilib.
Aparılan tədbirlər çərçivəsində yanğın söndürülüb.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB