Mingəçevir su anbarında qayıqda köməksiz qalanlar xilas edilib

Mingəçevir su anbarında qayıqda köməksiz qalanlar xilas edilib

Mingəçevir su anbarında qayıqda köməksiz qalanlar xilas edilib.
SİA Fövqəladə Hallar Nazirliyinin (FHN) saytina istinadla xəbər verir ki, qurumun 112 - qaynar telefon xəttinə Mingəçevir şəhəri yaxınlığında, Mingəçevir su anbarında 3 nəfərin qayıqda köməksiz vəziyyətdə qalması (hava şəraitinin pisləşməsi və suyun dalğalı olması ilə əlaqədar olaraq) barədə məlumat daxil olub.
Xilasetmə məntəqəsindən təxminən 5 kilometr aralı, nəzarətsiz ərazidə içərisində 3 nəfərin olduğu qayıq nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən yedəyə alınaraq sahilə çıxarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə