Laçın Məmmədov belə güllələndi – VİDEO

İki gün öncə Ukraynanın Odessa şəhərində azərbaycanlı iş adamı Laçın Məmmədov güllələnib. SİA Ukrayna mətbuatına istinadla xəbər verir ki, Odessa polisi ilkin açıqlamasında qətli törədənin cinayətkar qruplaşmanın üzvü, Gürcüstan əsilli Elmuraz Məmmədov olduğunu bildirib.

Artıq qatilə bu işdə kömək edən bir nəfər saxlanılıb. Qatilin özü və qətlin sifarişçisi isə axtarılır.

“Novosti Odessa” teleqram kanalı, L.Məmmədovun cinayətkar qruplaşmalardan birinin rəhbəri ilə aralarında yaranmış münaqişəyə görə qətlə yetirildiyini iddia edib. Mətbuat orqanı sözügedən şəxsin öldürülmüş qanuni oğru Qulinin adamlarından biri olduğunu bildirib.

Cinayət anı təhlükəsizlik kameraları tərəfindən anbaan lentə alınıb və qısa müddətdə sosial şəbəkələrdə yayılıb.

Həmin kadrları təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...