İyulun 27-si saat 22 radələrində Sumqayıt şəhər sakini 1983-cü il təvəllüdlü Nurəddin Quliyevin Sumqayıt Dəmiryol Vağzalının qarşısında öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Baş Prokurorluğun Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı, 2002-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Rafael Quliyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Nurəddin Quliyevə çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürüb.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rafael Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə