Toyda kütləvi dava: bir nəfər döyülüb, digəri isə.....

Toyda kütləvi dava: bir nəfər döyülüb, digəri isə.....

Tovuzda düşən davada bir nəfər döyülüb, daha bir nəfərə deşici alətlə xəsarət yetirilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Aşağı Quşçu kəndi istiqamətində şadlıq saraylarından birində qeydə alınıb. Hələlik kimliyi dəqiqləşdirilən şəxs mübahisə zəmnində 1991-ci il təvəllüdlü Mahir Kərimovun baş nahiyəsinə şüşə butulkası ilə xəsarət yetirib. Daha sonra mübahisə yaxınlıqda yerləşən çay kənarında davam edib. Bu zaman eyni şəxs tərəfindən Fuad Hüseynova xəsarət yetirilib. Hadisə zamanı onları ayırmaq istəyən 1996-cı il təvəllüdlü Mehdiyev Fərid İlyas oğlunun da əl nahiyyəsindən xəsarət aldığı bildirilir. İlkin məlumata əsasən, hadisə içkinin təsirindən baş verib.Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə