Bakıda kişi həyat yoldaşını 22 bıçaq zərbəsi ilə qətlə yetirib

Bakıda kişi həyat yoldaşını 22 bıçaq zərbəsi ilə qətlə yetirib

Bakının Xəzər rayonunda qətl hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində qeydə alınıb.

1980-ci il təvəllüdlü Cəfərov Yadigar Hüseynalı oğlu həyat yoldaşın Musayeva Elnarə Əlimusa qızına 22 bıçaq zərbəsi vuraraq onu qətlə yetirib. Daha sonra Y.Cəfərov özünü bıçaqlayıb və ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı istintaq araşdırmaları aparılır. İlkin məlumata görə, hadisəyə səbəb qısqanclıq olub.

Qeyd edək ki, onların birgə nikahdan iki övladı var.

Bütün xəbərlər Facebook səhifəmizdə