Tovuzda bir sürücü idarəetməni itirməni itirməsi nəticəsində yol qəzası baş verib.
SİA- nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Aşağı Öysüzlü kəndində baş verib.
"Opel Astra"markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində avtomobil aşıb. Nəticədə sürücü ağır xəsarət alıb. Onun boyun nahiyyəsinin sındığı ehtimalı var.
Yaralı ağır vəziyyətdə ilk olaraq Tovuz rayon Mərkəzi rayon Xəstəxanasına, oradan isə Gəncədə yerləşən tibb müəssisələrindən birinin reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda vəziyyəti ağır qiymətləndirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB